Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
“QİA.AZ” “Report”un Qərb Mərkəzinə istinadən xəbər verir ki, o, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Gəncədə həyata keçirilən tədbirlərlə maraqlanıb, öz tövsiyyələrini verib.
N.Bayramov Gəncədə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasınn qarısının alınması istiqamətində görülən işlər barədə əltraflı məlumat verib. Bildirilib ki, bir neçə ay əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə modul tipli xəstəxana istifadəyə verilib.
Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqları, ÜST-ün tövsiyyələrinə uyğun olaraq şəhərdə mütəmadi dezinfeksiya iləri həyata keçirilir. Həmçinin bildirilib ki, bununla yanaşı Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir ki, onun da tərkibində 35 mobil qrup yaradılıb: “Mobil qrupıların üzvləri mütəmadi olaraq sakinlər arasında maarifləndirmə işləri həyata keçirir, insanları yas mərasimləri və müxtəlif şənliklərə getməkdən, kütləvi toplaşmaqdan çəkinməyə çağırırlar. Əhaliyə tibbi maskaların paylanması da görülən tədbirlərin bir hissəsidir. Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” da fəaliyyət göstərir. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi reydlər də həyata keçirilir”.
Hande Harmancı yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Gəncədə həyata keçirilən tədbirləri təqdirəlayiq hesab edib. O bildirib ki, COVİD-19-a qarşı vaksinin Azərbayacana gətirilməsi istiqamətində TƏBİB və Səhiyyə Nazirliyi ilə müvafiq işlər aparırlır. Yeni növ koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin önəmənindən danışan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi bir sıra məsləhətlər də verib. O, gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskalardan istifadənin, insanlar arasında sosial məsafənin saxlanılmasının önəmindən danışıb. Hande Harmancı mənzillərdə otaqların havasının tez-tez dəyişdirilməsini tövsiyyə edib.