Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsait köçürüb.
QİA.AZ bu barədə nazirliyə istinadən məlumat verir.