Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər hökumətin yerləşdiyi binanın qarşısına 10 dramlıq sikkə (0,035 AZN) atıblar.
“QİA.AZ” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, bununla aksiyaçılar baş nazirin komandasının son günlər aldıqları mükafata işarə ediblər.
Etirazçılar hökumət binasına soxulub, Nikol Paşinyanla görüşmək istəyiblər. Aksiyaçılar yürüş ediblər.
Polis binanın qarşısına toplaşan aksiya iştirakçılarını tutmağa başlayıb.
Qeyd edək ki, sikkələr atılan zaman Nazirlər Kabinetinin iclası keçirilirmiş.