“Həbsdə olmaq orduda xidmətdən daha yaxşıdır” – Erməni valideynlərin etirazı

Ermənistanda itkin düşən hərbçilərin valideynləri bu gün yenidən Eçmiədzin hərbi hissəsinin qarşısına toplaşaraq aksiya keçiriblər.

QİA.AZ xəbər verir ki, onlar övladlarını tələb ediblər.

“Nəvəmdən ona nə alacağımı soruşuram, cavab verir ki, baba, mənə bir avtomat al, gedək türkləri atamla birlikdə güllələyək”, – deyə itkin hərbçilərdən birinin yaxını deyib.

Başqa bir yaşlı kişi isə bildirib ki, bəzi generalların paqonlarını qoparıb zibil qutusuna atmaq lazımdır:

“İnsanlar, övladlarınızı bu generallara verməyin, onları ölümə aparacaqlar, türklərə verib, özləri də qaçacaqlar. İki il həbsdə olmaq iki il xidmət etməkdən daha yaxşıdır. Orduya getməyin. Hansı ordu? General-leytenantı çobandır, uşaqlarımızı ölümə apardı”.

Oxşar Xəbərlər