Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
QİA.AZ Reporta istinadən bildirib ki, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər daha ağır COVID-19 xəstəsi isə xəstəxanaya yerləşdirilib.
Onlardan 26 şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.