“Dünən Azadlıq meydanında möhtəşəm Zəfər paradı keçirildi. Bu parad Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”.
“QİA.AZ” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, bütün dünya bir daha Azərbaycan Ordusunun gücünü gördü: “Qardaş Türkiyə müharibənin ilk günlərində bizim yanımızda olub. Zəfər paradında nümayiş etdirilən ən müasir hərbi texnika, təyyarələr, hərbi gəmilər həm də onu göstərdi ki, heç kəs Azərbaycanla güc və təzyiq dilində danışa bilməz”.