Bu il Kremençuq NEZ-ə göndərilən Azərbaycan neftinin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Ukraynanın Kremençuq neft emalı zavodu (NEZ) 849 min tona yaxın Azərbaycan nefti tədarük edilib.

“QİA.AZ”ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 181 min ton və ya 27,1 % çoxdur.

11 aylıq tədarük əsasən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən açıq yüngül növ neft olub. 2019-cu ildə isə əsasən bu zavoda Azərbaycan nefti tədarük edilib. Ümumilikdə isə neft emalı zavodu üçün dəniz yolu ilə 14 neft partiyası gətirilib. 2019-cu ildə bu rəqəm 12 olub.

2020-ci ilin yanvar ayından dekabrın əvvəlinə kimi xaricdən Ukraynaya 1,17 mln ton xam neft tədarük edilib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 185 min ton və yaxud 18,8 % çoxdur.

Cari ildə Ukrayna bazarına ilk dəfə olaraq “West Texas Intermediate” (WTI) markalı neft də tədarük edilib. Belə ki, Kremençuq zavodu üçün ümumilkdə bu növ neftdən ümumi həcmi 233 min ton olan 3 partiya əldə edilib. Həmçinin, neft email zavoduna ümumi həcmi 83,7 min ton təşkil edən ABŞ-ın “Bakken” neft növü də gətirlib.

Oxşar Xəbərlər