Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb.
Bununla bağlı Mərkəzdən Trend-ə bildirilib ki, Zəfər paradı 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir:
“Bakı Media Mərkəzi olaraq, Vətən Müharibəsində şanlı qələbəmizə həsr olunmuş hərbi paradın əsas foto-video çəkilişi və canlı yayımını reallaşdırdığımıza görə fəxr edir və qürur hissi keçiririk. Zəfər Paradını tam olaraq Bakı Media Mərkəzinin rəsmi Youtube səhifəsində izləyə bilərsiniz. Eyni zamanda, Bakı Media Mərkəzinin, Müzəffər Azərbaycan Ordusunun Tarixi Qələbəsinə həsr olunan Zəfər Paradından hazırladığı xüsusi videoçarxı da diqqətinizə çatdırırıq”.