Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.
“QIA.AZ”un DHA-ya istinadən məlumatına görə, ingiltərəli mütəxəssislə müqaviləyə xitam verilib.
Komandanın 2020/2021 mövsümündə uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib. Məsələ ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə Super Liqasının VII turunda evdə “Kasımpaşa”ya 3:4 hesabı ilə uduzan “Trabzonspor” 5 xalla 18-ci pillədə qərarlaşıb.