Hikmət Hacıyev: “Azərbaycanın böyük dostu COVID-19-dan vəfat edib”

“Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist, “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan vəfat etdiyini eşitdim”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

“Ömər 2016-cı ilin Aprel müharibəsində, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, – deyə H.Hacıyev bildirib.

Oxşar Xəbərlər