Azərbaycan Ordusu bütün beynəlxalq normalara tam olaraq əməl edir.
QİA.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
Onun sözlərinə görə, düşmən ağır itkilər verərək geri çəkilir. Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir:
“Təəssüf ki, düşmən elan olunan humanitar atəşkəslərdən sui-istifadə edərək mövqelərimizə hücum etməyə cəhd edir. Lakin itki verərək geri çəkiliblər”.
A.Eyvazov vurğulayıb ki, düşmən döyüş meydanında Azərbaycan Ordusuna cavab verə bilmədiyinə görə, yaşayış məntəqələrimizi atəşə tutur.