Ermənistanın paytaxtı Yerevanda gənc kişi nənəsini öldürməyə cəhddə şübhəli bilinərək saxlanılıb.
QİA.AZ “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı İstintaq Komitəsinin mətbuat xidməti yayıb.
Bildirilib ki, hadisə ilə bağlı zərərçəkən 1935-ci ildə anadan olmuş qadın özü məlumat verib. 1993-cü il təvəllüdlü şəxs öz nənəsini boğaraq öldürməyə cəhd göstərib. Qadın ölməyib, ancaq qolu, ayağı, baş nahiyəsi zədələnib.
Hadisə ilə bağlı qəsdən adamöldürməyə cəhd maddəsi üzrə cinayət işi açılıb.