Başqırdıstanın Abzelilovski rayonunun İşbuldino kəndindəki qocalar evində güclü yanğın baş verib.
“QİA.AZ” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yanğınsöndürənlər hadisə yerində 11 nəfərin cəsədini aşkar ediblər.
Yanğınsöndürənlərin gəlişinə qədər sahəsi 72 kv.m olan birmərtəbəli bina tamamilə yanıb. Dörd nəfər müstəqil olaraq binadan özünü təxliyyə edib. Ölənələrin hamısı qocalar evinin sakinidir.
Yanğınla bağlı Başqırdıstan prokurorluğunda cinayət işi başlanılıb.