Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.
QİA.AZ-un məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib:
“Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil”.