Tramp vaksinasiya olunmağa hazırdır

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunmağa hazırdır.

QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Keyli Makineni bildirib.

Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyasının rəhbərinin həkimləri nə vaxt lazım bilsə, D.Tramp vaksinasiya olunacaq: “Hazırda prezident vaksinasiya olunmağa tam açıqdır, <…> ancaq bu yaxınlarda o, COVID-19 xəstəliyi keçirib”.

Oxşar Xəbərlər