Brüssel, ilk növbədə balıqçılıq sahəsindəki mövqeyini kökündən dəyişdirməlidir, əks təqdirdə Böyük Britaniya ilə Avropa İttifaqı arasında gələcək münasibətlər və sərbəst ticarət sazişi barədə heç bir razılaşma olmayacaq.
“QİA.AZ” xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib.
Onun sözlərinə görə, tərəflər arasında mövqelərin yaxınlaşmasına baxmayaraq, fikir ayrılığı qalmaqdadır:
“Çox az vaxt qalıb və indi Avropa İttifaqı mövqeyini əhəmiyyətli dərəcədə dəyişməsə razılığın əldə olunmayacağı ehtimalı çox yüksəkdir”.