ABŞ-ın MLS çempionatı tarixində ən yaxşı qol müəyyənləşib.
“QİA.AZ” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu qola hazırda İtaliyanın “Milan” klubunda çıxış edən “Los-Anceles Qelaksi”nin sabiq futbolçusu Zlatan İbrahimoviç imza atıb.
39 yaşlı hücumçunun 2018-ci ildə “Los Anceles”lə derbi matçının 77-ci dəqiqəsində uzaq məsafədən endirdiyi dəqiq zərbə ən yaxşı seçilib.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2018 – 2020-ci illərdə MLS-də oynayıb.