Gürcüstan-Azərbaycan tranzit dəhlizi üzərində yerləşən Tbilisi-Saqareco sürət yolunun inşası ilə bağlı tender gələn il elan olunacaq.
QİA.AZ Reporta istinadən bildirib ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edən Maya Tskitişvili bildirib.
Onun sözlərinə görə, layihə üzrə köhnə yolun bərpası deyil, tamamilə yeni magistral yolun inşası nəzərdə tutulub: “35 kilometrlik Tbilisi-Saqareco yolunun inşası ilə bağlı layihə 2021-ci ilin dövlət büdcəsinə daxil edilib”.
Yeni yolun tikintisi ilə bağlı tenderin bu ilin noyabr-dekabr aylarında elan olunması planlaşdırılırdı. Layihəyə əsasən, Tbilisi-Kaxeti əsas avtomagistralının, həmçinin Azərbaycanın şimal-qərb bölgəsini birləşdirən tranzit dəhlizinin bir hissəsi olan Tbilisi-Saqareco yolu dörd zolaqlı və asfalt-beton örtüklü olacaq.