Ukrayna şirkətləri işğaldan azad edilmiş bölgələrə investisiya qoyacaq

Dek18,2020

“Azərbaycan Ukraynadan işğaldan azad olunan ərazilərə investisiyaların artırılmasını gözləyir”.

“QİA.AZ”ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın ölkənin Ukraynadakı səfirliyində iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazir müavini, Ukraynanın ticarət nümayəndəsi Taras Kaçkanın azərbaycanlı iş adamları ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə örə, işğaldan azad edilmiş ərazilərdə artıq yol və tikinti işlərinə başlanılıb: “İnanıram ki, Ukrayna bu proseslərdə iştirak edə bilər və etməlidir. Çünki, Ukrayna bizim strateji tərəfdaşımızdır”.

Səfir həmçinin əlavə edib ki, Azərbaycan bəzi Ukrayna şirkətlərindən işğaldan azad edilmiş bölgələrin inkişafına investisiya qoyuluşu ilə bağlı təkliflər alıb.

Oxşar Xəbərlər