Hindistanda aşkar olunan koronavirusa yoluxma hallarının ümumi sayı son gündə 25 152 nəfər artaraq 10 004 599-a çatıb.
“QIA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, son sutkada 347 nəfər koronavirus infeksiyası nəticəsində ölüb və ümumi COVID-19 qurbanlarının sayı 145 136 nəfərə çatıb.
Bununla da Hindistan koronavirusa yoluxma hallarının sayına görə 10 milyonu keçən ikinci ölkə olub. Bundan əvvəl yalnız ABŞ-da belə yüksək yoluxma sayı qeydə alınıb: Cons Hopkins Universitetinin məlumatına görə, hazırda bu say 17 459 296-dır. Eyni zamanda Hindistan koronavirusdan ölüm sayına görə dünyada yalnız ABŞ və Braziliyadan geri qalaraq üçüncü yerdədir.