Çili prezidenti Sebastyan Pinera ictimai yerdə qoruyucu maskadan istifadə rejiminin pozulmasına görə 2,5 milyon peso (təxminən 3,5 min ABŞ dolları) məbləğində cərimə edilib.
“QİA.AZ” xəbər verir ki, bu Valparaiso regionunun Səhiyyə Nazirliyi tvitterdəki səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçısı özü qaydanı pozması haqqında bildirib.
Daha əvvəl Çili prezidentinin çimərlikdə yad qızla çəkdirməsi ölkədə böyük rezonans doğurub.
Cons Xopkins Universitetinin məlumatına görə, Çilidə koroavirusa 581 135 yoluxma halı qeydə alınıb. Eyni zamanda virusa yoluxmuş 16 051 pasiyent ölüb.