“Real Madrid” İspaniya çempionatı çərçivəsində “Eybar”a 3:1 hesabı ilə qalib gəlib.
“QİA.AZ” xəbər verir ki, matçda qollardan birini “kral klubu”nun hücumçusu Kərim Benzema vurub.
Bununla da fransız futbolçu La Liqada 29-cu dəfə fərqlənib. O, bu göstərici üzrə portuqaliyalı Kriştianu Ronaldunu qabaqlayaraq birinci yerə çıxıb. Ronaldu 28 dəfə fərqlənib.
“Real Madrid” 29 xal yığaraq, İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur.