Bu ilin yanvar-noyabr ayları ərzində 26 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bu barədə “QİA.AZ” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu 2019-cu ilin 11 ayına nisbətən, təxminən, 2,5 mln ton, yəni 8,8 % azdır.
Neftin (kondensatla birlikdə) 24,8 mln tonu konsorsium, 1,2 mln tonu isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə ixraca nəql edilib.