İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi braziliyalı Pelenin rekordunu qırmasına münasibət bildirib.
“QİA.AZ”ın məlumatına görə, 33 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.
Argentinalı oyunçu illər ərzində ona dəstək olan hər kəsə təşəkkür edib: “Futbol oynamağa başlayanda heç vaxt rekord qıracağımı düşünməmişdim. Daha əvvəlki rekord Peleyə məxsus idi. Dostlarıma, ailəmə və məni dəstəkləyən hər kəsə minnətdaram”.
Qeyd edək ki, Lionel Messi La Liqanın XV turunda “Valyadolid”i 3:0 hesabı ilə məğlub etdikləri matçda fərqlənib. Bu, Messinin Kataloniyta təmsilçisinin heyətində 644-cü qolu olub. Argentinalı oyunçu bir klubda ən çox qol vuran futbolçu ünvanına sahib olub. Braziliya yığmasının sabiq üzvü Pele “Santos”da 643 qol vurmuşdu.