Ağcabədidə sakinlər yolka quraşdırlmasına etiraz ediblər

Ağcabədidə sakinlər yolka quraşdırlmasına etiraz ediblər

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırlması sakinlərin etirazına səbəb olub.

QİA.AZ bildirib ki, İcra hakimiyyətinin əməkdaşlarının iştrakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır.

Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırlmasına etiraz ediblər.

Sakinlər bildiriliblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

Bu sözdən sonra sakinlərlə yolka quraşdırlanlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdırlanların – “yolkadan şəhidlərin şəkillərini asacağıq” deməsini şəhidləri əla salmaq məqsədi ilə deyildiyini iddia ediblər.

Oxşar Xəbərlər