ABŞ tarixinin ən böyük kütləvi vaksinasiyası uzun müddət koronavirus pandemiyasının qaynar nöqtəsi olan və 37 minə yaxın insanın öldüyü Nyu-York ştatından başlayıb.
QİA.AZ Reporta istinadən xəbər verir ki, klinik sınaq Nyu-York şəhərinin Quis səmtində fəaliyyət göstərən Lonq Aylend Yəhudi Tibb Mərkəzinin reanimasiya şöbəsində işləyən Sandra Lindsi adlı tibb bacısı üzərində aparılıb.
Bu həftədən etibarən ABŞ-ın digər 50 ştatına peyvəndlərin paylanmasına başlanılıb.
ABŞ Böyük Britaniya və Kanadadan sonra “Pfizer” və “BioNTech” kampaniyalarının birgə hazırladıqları preparatın kütləvi vaksinasiyasına icazə verən üçüncü ölkədir və hər bir ştatda, ilk növbədə, kimin peyvəndlənəcəyi barədə qərarı qubernatorlar verirlər.