Ekvadorda koronavirusun yeni növü tapıldı

Dek23,2020
Ekvadorda koronavirusun yeni növü tapıldı

Ekvador alimləri ölkədə koronavirusun yeni mutasiyalarını kəşf ediblər.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Espiritu Santo Universiteti məlumat yayıb.

Tədqiqatçılar ölkənin 22 əyalətindən 2,5 mindən çox nümunədən genetik materialları qoruyub saxlayaraq müqayisə aparıblar. Nəticədə hər bir şəhərdə ortaya çıxan virus növünün tipini, mutasiya olub-olmadığını müəyyənləşdirmək imkanı yaranıb.

Araşdırma nəticəsində həmçinin ölkədə iyul-noyabr ayları arasında ortaya çıxan daha iki ştamm da müəyyən edilib.

“SARS-CoV-2-nin yeni variantı təsbit edilib və bunun virusun yoluxuculuğunun sürətlə artmasında rol oynaya biləcəyinə dair şübhə var. Araşdırılan viruslardan heç birinin ardıcıllığı Britaniya növünün genetik dəyişkənliyini göstərmir”, – alimlər bildiriblər.

Oxşar Xəbərlər