Rusiya televiziyasında Ermənistanın Bərdəyə hücumları göstərildi

Rusiya televiziyasında Ermənistanın Bərdəyə hücumları göstərildi

Rusiyanın “Russia-1” telekanalı Ermənistan ordusunun Bərdəyə raket hücumlarına dair reportaj hazırlayıb.

“QİA.AZ” xəbər verir ki, reportajda bu hücumlar zamanı ölən və yaralananlar barədə söhbət açılır, şəhərin “Smerç” yaylım atəş qurğularından vurulduğu qeyd olunur.

Bu reportajda “Report” İnformasiya Agentliyinin video materiallarından da istifadə edilib.

Xatırladaq ki, cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə bu il oktyabrın 28-də Ermənistan ordusunun raket hücumu nəticəsində 26 dinc sakin həlak olub, 70-dən çox insan yaralanıb.

Oxşar Xəbərlər