Böyük Britaniyada koronavirusun aşkarlanmış mutasiyası təlaşa səbəb olacaq qədər də təhlükəli deyil və dərmanların, müayinə vasitələrinin səmərə dərəcəsinə təsir etmir.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
Təşkilat rəsmisi Böyük Britaniyada və bir sıra başqa ölkələrdə aşkarlanmış koronavirusun yeni ştamı ilə bağlı vəziyyətə təlaşa qapılmadan, birgə səylərlə nəzarət edilə biləcəyini də diqqətə çatdırıb.
Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniya səhiyyə naziri Matt Hankok ölkənin cənub-şərq bölgəsində sürətlə yayılan koronavirusun yenicə aşkarlanan yeni ştamla bağlı ola biləcəyini açıqlayıb. Bu ayın 19-da isə baş nazir Boris Conson yeni ştamın ilkin dəyərləndirmələrə görə, 70 faiz daha yoluxucu olduğunu, lakin daha təhlükəli olduğuna dair dəlilərin olmadığını bildirib. Bir sıra ölkələr Böyük Britaniyaya təyyarə uçuşlarını dayandırıb.