Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 256 nəfər dünyasını dəyişib.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 19 371 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 17 543 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 118 255 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 35 511 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 970 803 nəfər təşkil edir.