Qaradag rayonu

Tarixi
Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-1963-cü illərdə Qaradağ rayonu, 1963-1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.

İnzibati vahidləri
Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir.

Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırki Xocəsən və Sənqəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır.

Lökbatan qəsəbəsinin əsası 1931-1934-ci illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə qəsəbənin indiki S.Orucov küçəsində qamış tipli evlərdən ibarət olan ilk yaşayış massivi salınmışdır.

Rayonun ikinci böyük şəhərtipli qəsəbəsi Sahil qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən Sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xəttləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.

Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cü illərdə sənaye mərkəzi olmuşdur. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur.

Ehtimallara görə qədim quş (Kərgəz) və ya qadın (Gülgəz) adı mənasını daşıyan Korgöz qəsəbəsinin indiki ərazisində neftin çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar 1932-33-cü illərdə burada neftçilər məskunlaşmış və o vaxt yaradılan Azərbaycan Neft Sənaye İdarəsinin (Azneftsənaye) qısaldılmış adı ilə bağlı həmin yaşayış massivi AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz və AZNS yaşayış məntəqələri Qızıldaş qəsəbəsinin tərkibində olmuş və 2000-ci ildə Korgöz qəsəbə inzibati-ərazi vahidliyi təşkil olunmuşdur.

Qızıldaş qəsəbəsinin bünövrəsi 1945-1946-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən çıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin çıxarılması ilə bağlı respublikanın müxtəlif yerlərindən bura insanlar köçmüş, qəsəbəyə Yeni Trest (Neft İdarəsi) adı verilmiş və 1954-cü ildə qəsəbə inzibati ərazi vahidliyi yardılmışdır.

1973-cü ildə qəsəbənin adı ərazidən çıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır.

Ümid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuş və 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.

Toponim kimi ağ daş mənasını daşıyan Səngəçal qəsəbəsinin ərazisində 1936-37-ci illərdə dəmir yolu stansiyası fəaliyyət göstərmiş və dəmiryolçular üçün barak tipli ilk yaşayış evləri salınmışdır. 1940-ci ilədək burada kiçik balıqçılar zavodu olmuş və yerli sakinlərin əksəriyyəti burada işləmişlər.

1940-cı illərin ikinci yarısından etibarən Səngəçal qəsəbəsinin ərazisində hərbi əsirlər üçün yeni barak tipli evlər tikilmiş, iki hərbi hissə yaradılmış və hərbi şəhərcik salınmışdır. 1956-cı illədək Səngəçal qəsəbəsi Duvannı rayonunun tərkibində olmuş, 1956-ci ildə Molotov (Qaradağ) rayonunun tərkibinə verilmiş və 1968-ci ildə qəsəbə inzibati vahidliyi kimi təşkil olunmuşdur.

Yaxınlıqda yerləşən dağın adını daşıyan Çeyildağ və ya balaca Bakı mənasını verən Umbakı qəsəbəsi 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması ilə bağlı yaradılmış və 1951-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.

Toponim kimi çökəklik mənası daşıyan Qobustan qəsəbəsinin indiki ərazisində 1893-1894-cü illərdə Duvannı stansiyası yaranmış, 1901-1905-ci illərdə ilk dəfə həmin stansiyasından xaricə neft yollanılmış və 1935-1937-ci illərdə ilk kəşfiyyat neft buruğu işə salınmışdır.

1945-1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olmuş, 1950-1954-cü illərdə tərkibində Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla Duvannı rayonu yaradılmış və 1956-cı ildə həmin ərazilər yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə verilmişdir.

Qəsəbə inzibati ərazi vahidliyi kimi 1951-ci ildə təşkil olunmuş və 1972-ci ildə qədim tayfa adınıdan götürülən qəsəbənin Duvannı adı dəyişdirilərək Qobustan qoyulmuşdur. Qobustan qəsəbəsinin ərazisində eramızdan əvvəl II minillikdə – “Daşdövründə” məskunlaşan qədim insanların qayaüstü rəsmlərini əks etdirən dünya əhəmiyyətli Dövlət Tarixi Bədii Qoruğu yerləşir.

Toponim kimi dənizdən görünən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar.

1881-1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir.

Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır.

Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Molotov (Qaradağ) rayonunun tərkibindədir.

Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır.

Hazırda Qaradağ rayonunun ərazisi – 1080 km² və əhalisi 109371 nəfərdir.

Coğrafi mövqeyi
Xəzər dənizi boyu uzunluğu – 106 km.
Cənub sərhədi Bakı şəhəri boyu üzrə – 103 km.
Şimaldan Abşeron rayonu və şimal-şərqdən Yasamal rayonu
Şərqdən Binəqədi rayonu və cənub-şərqdən Səbayil rayonu
Qərbdən – Şirvan şəhəri
Şimal – qərbdən – Şamaxı rayonu
Cənub – şərqdən – Səlyan rayonu
Cənub-qərbdən – Hacıqabul rayonu
Statistik məlumat
İnzibati ərazi vahidləri – 11
Bələdiyyələr – 11
Yaşayış məntəqələri – 13
Təhsil müəssisələri – 30, o cümlədən orta məktəblər – 25, lisey və peşə məktəbləri – 4, musiqi məktəbləri – 3, xüsusi internat məktəbləri-1.
Uşaq bağçaları və körpələr evi – 22
Səhiyyə müəssisələri, o cümlədən xəstəxanalar – 7, xəstəxana tabeliyində olan poliklinikalar – 6, müstəqil poliklinikalar – 2, stomatoloji poliklinika – 1, özəl klinika – 1, uşaq sanatoriyası – 1, doğum evi – 1, təcili və təxirə salinmaz tibbi yardim stansiyasi – 2, Respublika Güzəm xəstəxanası, Ələt Dəmiryol xəstəxanası
Sənaye müəssisələri – 90, o cümlədən 22 iri sənaye müəssisələri
Mədəniyyət evləri – 8
Muzeylər – 1
Kitabxanalar – 10
Mədəniyyət və istirahət parkları – 10
Dövlət qoruğu – 1
Mədəniyyət və tarixi abidələr – 15, o cümlədən yerli əhəmiyyətli – 10, respublika əhəmiyyətli – 4, dünya əhəmiyyətli – 1.
Məscidlər – 10
Pirlər və ziyarətgahlar – 3
Əhalisi
Əhalisi 114 671 nəfərdir.

Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı

1 Lökbatan bələdiyyəsi 31196
2 Sahil bələdiyyəsi 22116
3 Qobustan bələdiyyəsi 13096
4 Ələt bələdiyyəsi 12765
5 Müşfiqabad bələdiyyəsi 8011
6 Səngəçal bələdiyyəsi 4108
7 Qızıldaş bələdiyyəsi 31117
8 Korgöz bələdiyyəsi 2558
9 Çeyildağ bələdiyyəsi 895
10 Puta bələdiyyəsi 837
11 Ümid bələdiyyəsi 682
12 Cəmi 100133

40°15′52″ şm. e. 49°36′27″ ş. u.
Ölkə Azərbaycan
İcra başçısıSüleyman Mikayılov
Tarixi və coğrafiyası
Sahəsi1.080 km²
Hündürlük72 m
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi127 000 nəfər (2020) nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 12

Oxşar Xəbərlər