Xətai rayonu

Dek26,2020
Xətai rayonu

Xətai rayonu – Bakı şəhərində rayon.

Tarixi

Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.

Əhalisi

Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 kv. km Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər

İqtisadiyyatı

Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən “Azərneftyağ” NEZ, “Xəzərdənizneftdonanma” İdarəsi, Təcrübə Sənaye Zavodu, “Neft Kəmərləri” İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, “AZƏRİQAZ” ASC və s.

40°23′ şm. e. 49°52′ ş. u.
Ölkə Azərbaycan
DaxildirXətai
İcra başçısıRafiq Quliyev
Tarixi və coğrafiyası
Sahəsi31,6 km²
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi286 300(2019)nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 12

Oxşar Xəbərlər