ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edir ki, Rokford şəhərində üç nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən silahlı insident hərbçi Dyuk Uebb tərəfindən törədilib.
“QİA.AZ”ın məlumatına görə, bunu şəhərin polis rəisi Daniel Oşi keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, barda baş verən atışmada üç nəfər qətlə yetirilib. Eyni zamanda 14 yaşlı yeniyetmə, 16 yaşlı qız və 62 yaşlı kişi yaralanıb.
Artıq hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı hərbçi saxlanılıb və ona qarşı ittiham irəli sürülüb. Qətlin səbəbləri barədə hələ məlumat verilməyib.