Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

Dek28,2020

Bu ilin 28 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən QİA.AZ-a bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar Xəbərlər