Venesuelanın şimal-şərqindəki Monaqas ştatının Kano-de-los-Beserros yaşayış məntəqəsində partlayış olub.
“QİA.AZ” xəbər verir ki, bu barədə “El Nacional” qəzeti bildirib.
Məlumata görə, yük maşınında yerləşdirilən qaz balonları partlayıb. Hadisə nəticəsində 30-dan çox insan yanıq xəsarətləri alıb. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.
Qeyd edilir ki, partlayış insanlar yanan avtomobildən qaz balonlarını çıxarmağa çalışdıqları vaxt olub.
Polis hadisənin başvermə səbəbini araşdırır.