Samux rayonu

Samux rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Samux şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.

Tarixi

Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcudur. Daha geniş qəbul olunmuş fikirlərə görə “Samux” adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub, “meşəlik”, “ağaclıq” mənasını verir. Gəncə şəhərində bitişik olan Samux rayonu şimaldan Gürcüstanla həmsərhəddir. Vaxtilə bu rayonun ərazisi Qafqaz Albaniya dövlətinin tərkibində olmuşdur. “Samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer” kimi tərcümə edilə bilər. XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri olmuşdur. O vaxtlar Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabırrı vadiləri arasında Kür çayının sahilindəki ərazini tuturdu. O vaxta qədər isə Azərbaycanın digər inzibati bölümlərinə tabe olmuş, bir müddət isə Səfərəliyev adını daşımışdır.

Səfərəliyev rayonu Azərbaycan SSR Ali Sovetinin 24 yanvar 1939-cu il tarixli 4 saylı qərarı ilə Kirovabad (hazırkı Gəncə) şəhərinin ərazisində yaradılmış, Azərbaycan SSR Ali Sovetinin 16 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış, 1931-cu il 24 noyabrda yaradılmış keçmiş Samux rayonu Azərbaycan SSR Ali Sovetinin 28 yanvar 1954-cü il tarixli qərarı ilə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilmişdir. Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar (hazərda Göygöl rayonu) rayonunun tərkibinə daxil edilmişdir.

Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə mərkəzi Səfərəliyev şəhər tipli qəsəbəsi olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbiağalı qəsəbəsi adlandırılmışdır. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Nəbiağalı qəsəbəsi və Kolayır kəndi birləşdirilərək Samux qəsəbəsi adlandırılmış və Samux qəsəbəsinə şəhər statusu verilmişdir.

Coğrafi mövqeyi

Samux- Qarabağlar- Çobanabdallı yolu

Relyefi

Samux rayonu Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. İqlimi quru-kontinentaldır.

Ərazisi 1455 kv.km-dir. Ondan 1082 kv.km. dövlət fond torpaqları, 82 kv.km. bələdiyyə, 133  km² xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayonda 708  km² kənd təsərrüfatına yararlı torpaq vardır ki, ondan da

Samux rayonunda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi vardır. Bunlardan 1 şəhər, 5-sı qəsəbə və 29-u kənddir. 23 bələdiyyə fəaliyyət göstərir. 

Rayonun ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir. 

Samux rayonunun ərazisi əsasən düzənlikdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə , şimalda Alazan vadisi ilə əhatə olunmuşdur.

Rayonun ərazisindən Kür, Qabırrı (İori), Alazan (Qanıx), Gəncə və Qoşqar çayları keçir.

Samux rayon ərazisində Qabırrı çayının sol sahilində, dəniz səviyyəsindən 400–600 metr yüksəklikdə “Elləroyuğu” adlanan dağ silsiləsində 392 ha sahədə təbii halda yayılmış, yalnız bu ərazidə rast gəlinən relikt Eldar şamı meşəliyi yayılmışdır. Belə bir unikal sahə Qafqaz təbiətində ilk olaraq “Eldar Şamı” meşəliyi kimi hələ 1910-cu ildə qoruq ərazisi elan edilmişdir. Vətəni Azərbaycan olan Eldar şamı qonşu ölkələrlə yanaşı Orta Asiya Respublikasının səhralarında, Şərqi Asiya ölkələrində, Ruminiyada, Bolqarıstanda və hətta okeanın o tayında ABŞ-da da mədəni əkin sahələri kimi geniş yayılmışdır. Eldar şamı qoruğu dünya alimlərinin diqqətini cəlb etmişdir. Həmin ərazidə “Qırmızı kitab”a daxil edilmiş Eldar şamı ilə yanaşı qiymətli ardıc və saqqız ağacları da inkişaf etmişdir. 

Respublika Nazirlər Sovetinin 16 may 1958-ci il tarixli qərarı ilə “Eldar Şamı” meşəliyi filialı kimi Türyançay Dövlət Təbiət Qoruğunun tərkibində olnuş, 1965-ci ildə Göy-Göl Dövlət Təbiət Qoruğu bərpa edildikdən sonra 16 dekabr 2004-cü il tarixədək filial kimi fəaliyyət göstərmişdir. 

Eldar şamı hələ 1901-ci ildən rus alimi S.Medvedyev tərəfindən öyrənilərək dünyada analoqu olmayan relikt növ olduğu bildirilib. 

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə saxlanılması məqsədi ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə “Eldar Şamı” Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

2017-ci ilin əvvəlinə rayon əhalisinin sayı 57.3 min nəfər olmuşdur ki,ondan da 21.8 min və ya 38.0 faizini şəhər əhalisi, 35.5 min nəfəri və ya 62,0 faizini kənd əhalisi təşkil etmişdir. Əhalinin ümumi sayından 28.4 min nəfəri və ya 49,6 faizi kişilər,28.9 min nəfəri və ya 50,4 faizi qadınlardır. 2014-cu ildə rayon əhalisi 437 nəfər və ya 1.8 faiz artmışdır.İl ərzində 696 nəfər doğulmuş, 395 nəfər ölüm qeydə alınmışdır.

Rayonda 1860 nəfər qaçqın,1855 nəfər məcburi köçkün məskunlaşmışdır.

Əhalinin son siyahıyaalınmasına görə rayon əhalisinin 97,88 faizini azərbaycanlılar,0,07 faizini ruslar,0,54 faizini türklər,1,40 faizini kürdlər və 0,11 faizini digər millətlər təşkil edir

Görkəmli şəxsləri

  • Surxay Musayev — tibb elmləri doktoru.

İqtisadi xarakteristikası

Rayonun kənd təsərrüfatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq və həmçinin tərəvəzçilik, meyvəçilik təşkil edir. Bu yerdə üzümçülük geniş inkişaf etmişdir. İri üzüm salxımları gün kimi alışıb yanır. Meşələri canlı təbiət muzeyidir. Həyat boz dağlara doğru da addımlayır. İl payıza dönəndə Samuxun Ceyrançöl qışlağı çadırlar, binələr şəhərciyinə çevrilir.

Maddi-mədəni irsi

Samuxun kurqanları çox məşhurdur. Diametri 10–20 m, hündürlüyü 1–1,5 m olan Nəbiağalı kurqanları daha çox seçilir. Bu kurqanların yaranma tarixi tunc dövrünün sonuna və daş dövrünün başlanğıcına aid edilir.

Rayon subtropik iqlim şəraitinə malikdir. Burada havanın temperaturu yayda +30 C-dək, qışda 0 C-dən −10 C-dək dəyişir. Gəncəçay, Qarıx, Qabırn çayları rayonun ərazisindən axır. Bu çayların ətrafı balıq və heyvan ovu üçün çox münasibdir. Sərkar kəndində Zəhrə bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Nəbiağlı kəndindəki Xırmansuyu bulağının suyu kükürdlüdür. Rayonda yaşı yüzliklərlə ölçülən unikal təbii abidələr – çinar ağacları var. Bu ağaclardan birinin yaşı 1200–1300 ildir. Ağacın gövdəsində nal izinə oxşar izlər var. El arasında Düldül adı ilə məşhur olan bu ağac İmam Əlinin atının adı ilə belə adlanır. İndi bura ziyarətgahdır. Yerli sakinlər buraya gəlib nəzir verirlər.

Rayonun ərazisində “Göy-göl” qoruğunun filialı – “Eldar şamı”, qoruğu yerləşir. Bu qoruq məşhur Eldar şamı ağacının qorunub saxlanması və öyrənilməsi məqsədilə yaradılmışdır. Bura dünyada yeganə yerdir ki, quraqlığa və şoranlığa davamlı Eldar şamı təbii şəraitdə meşə halında bitmişdir. Qoruğun şimal-şərqindəki dağda məşhur “Krorğlu qalası” qülləsi, həmin qüllənin yaxınlığında isə müalicəvi əhəmiyyətə malik olan bulaq var. Rayondakı memarlıq abidələri arasında hündürlüyü 12 m olan İmamzadə türbəsi (VIII əsr) diqqəti cəlb edir.

40°50′ şm. e. 46°30′ ş. u.
Ölkə Azərbaycan
DaxildirGəncə-Qazax iqtisadi rayonu
İnzibati mərkəzSamux
İcra başçısıAlı Qocayev
Tarixi və coğrafiyası
Yaradılıb18 fevral 1992
Sahəsi1 450km²
Hündürlük79 m
Əhalisi
Əhalisi58 300 (2019) nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-SMX
Telefon kodu994 22
Poçt indeksiAZ 5100
Avtomobil nömrəsi51

Oxşar Xəbərlər