Şəmkir rayonu

Dek29,2020
Şəmkir rayonu

Şəmkir rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur.

Kəndlərin sayı61
Qəsəbələrin sayı4
İri və orta müəssisələrin sayı59
Məktəbəqədər uşaq müəssisələrinin sayı53
Ümumtəhsil məktəblərinin sayı81
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı1
Xəstəxanalar və tibb müəssisələrinin sayı71
Mədəniyyət ocaqlarının sayı156

Şəhər və iri qəsəbələrin adları

Şəmkir rayonunda 1 şəhər, 4 şəhər tipli qəsəbə, 59 kənd vardır.

Şəmkir şəhəri
Çinarlı qəsəbəsi
Dəllər qəsəbəsi
Zəyəm qəsəbəsi
Kür qəsəbəsi

Sərhəd rayonlar

Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.

Əhali

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Əhalinin ümumi sayı200 100
Şəhər əhalisinin sayı67721 nəfər
Kənd əhalisinin sayı132423 nəfər
Əhalinin orta sıxlığı113.49 nəfər/km2
Əhalinin cins qrupları üzrə sayı (kişilər)49.58 %
Əhalinin cins qrupları üzrə sayı (qadınlar)50.42 %
Əhalinin yaş qrupları üzrə sayı (uşaqlar)11.26 %
Əhalinin yaş qrupları üzrə sayı (18 yaşa qədər)33.18 %
Əhalinin yaş qrupları üzrə sayı (18-dən 55–60-a)57.86 %
Əhalinin yaş qrupları üzrə sayı (təqaüdçülər)13.59 %
Ali təhsilli əhalinin sayı5.79 %
Orta təhsilli əhalinin sayı56.10 %
Məskunlaşmış qaçqınların sayı12240
Məskunlaşmış məcburi köçkünlərin sayı1897

Ərazi

Ümumi ərazi1660.00 km2
Məhsuldar torpaqların ümumi sahəsi1245.00 km2
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi415.00 km2
Heyvandarlıq üçün otlaqların sahəsi827.00 km2
Əkilmiş torpaqların ümumi sahəsi388.00 km2
Meyvə bağlarının ümumi sahəsi27.70 km2

Tarix

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda “Müxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı “Şamkür”, yəni “Kür qırağı” kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX–XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X–XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826–1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələri tərk-silah edilmiş və bir çoxu güllələnmişdir. Bu hadisə tarixdə Şamxor hadisəsi kimi yadda qalıb. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır.//

7 fevral 1991-ci ildə Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri və müvafiq olaraq Şamxor rayonu Şəmkir rayonu adlandırılmışdır[3].

Memarlıq abidələri

Şəmkir rayonu ərazisində IX–XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX–XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI–XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI–XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI–XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI–XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI–XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Kilsə) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir (şəhər)), XI–XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI–XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş “20 Yanvar” abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Muxtariyyə kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər-Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var.

Şəmkir rayonunda 2007–2008-ci tədris ilinin əvvəlinə 81 dövlət gündüz ümumtəhsil məktəblərində 35488 nəfər təhsil alan şagird olmuş, onların 29,1 faizi II və III növbədə oxuyanlardır. Ümumtəhsil məktəblərini 2883 nəfər bitirmiş və 2877 ümumi orta təhsil haqqında attestat almışdır. Dövlət ümumtəhsil məktəblərində şagirdlərin təlim tərbiyəsi ilə 4664 nəfər müəllim məşğul olur. Dövlət məktəbəqədər müəssisələrin sayı 53, bunlarda uşaqların sayı 2875 nəfər olmuşdur. Məktəbəqədər müəssisələrdə yerlərin sayı 3254, hər 100 yerə düşən uşaqların sayı 88 nəfər olmuşdur..

Səhiyyə

Şəmkir rayonunda 2007-ci il ərzində rayonda əhalinin sağlamlığını qorumaq məqsədilə 350 həkim və 1109 orta tibb işçisi çalışır. 22 xəsətəxana, 48 ambulator poliklinika müəssisələri fəaliyyət göstərmiş rayon əhalisinin hər 10000 nəfərinə 18,9 həkim, 60 orta tibb işçisi 89 xəstəxana çarpayısı düşür. Əhalinin xəstələnmə halları arasında ötən il tənəffüs orqanlarının, ürək qan dövranı sisteminin, həzm orqanları, şiş və endokirin xəstəlikləri üstünlük təşkil etmişdir.

Mədəniyyət

Şəmkir rayonunda 2007-ci ildə Şəmkir rayonunda kütləvi kitabxanaların sayı 96 ədəd, onlarda olan kitab fondu 513,4 min nüsxə, orta hesabla hər 1000 sakinə 2738 nüsxə, klub müəssisələrinin sayı 68 ədəd, muzeylərin sayı 3 ədəd onlara gələnlərin sayı 8,4 min nəfər, əhalinin hər 1000 nəfərinə 44,8 nəfər olmuşdur.

Bələdiyyələr

Şəmkir rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 64 yaşayış məntəqəsində 57 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 4 qəsəbə, 52 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər, qəsəbə və kəndlərin idarə olunmasında iştirak edir.

İqtisadiyyat

Şəmkir rayonunda bir tənəklik(üzümlük)

Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. Burada kənd təsərrüfatı maşınqayırması, üzüm e’malı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, SES və başqa müəssisələr vardır. Şəmkir rayonu əsasən aqrar sektorda inkişaf etmişdir. Cari ilin 1-ci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 12 faiz artaraq, 85.246 min manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini üzrə ümumi məhsul buraxılışının 45 faizdən çoxunu kənd təsərrüfatında, məhsul istehsalının həcmi (38423 min manat) təşkil etmişdir. Əsas kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, üzüm, soğan, kələm, pomidor, xiyar, badımcan, günəbaxan, kartof. Şəmkir rayonu xüsusi potensiala malik olmaqla kənd təsərrüfatı dinamik olaraq inkişaf etmişdir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahələri aparıcı rol oynayır. Eyni zamanda təsərrüfatlarda bostan və günəbaxan məhsullarıda istehsal edilir. Torpaq islahatı nəticəsində 36.545 ailə 48,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,2 hektar torpaq sahəsi verilmişdir. Ötən 6 ay ərzində rayonun təsərrüfatlarında 14.471 ton taxıl, 37.110 ton kartof, 35.336 ton tərəvəz və 3.471 ton meyvə istehsal olunmuşdur.

Şəmkir rayonunda quşçuluq sahəsi də inkişaf etmişdir. Şəmkir quşçuluq fabriki rayonun Yeni həyat kəndi ərazsində yerləşməklə qərb bölgəsində ən iri istehsal müəssisəsidir. 300 min baş quş tutumu olan Şəmkir quşçuluq fabriki ildə 50 milyon yumurta və 1000 ton ət istehsalı gücünə malikdir. Sahəsi 12 hektar olan Quşçuluq fabrikində 4 istehsal sexi mövcuddur. Yem istehsal sexi ildə 50 ton yem estehsal edir. Bundan başqa fabrikdə yumurta çeşidləyən kəsim və inkubasiya sexləridə fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində on iki milyon iki yüz otuz beş min ədəd yumurta, 12600 kq quş əti istehsal olunaraq satılmışdır. Fabrikdə 132.834 baş quşun 49.105 başı yumurta verəndir. Fabrik Şəmkir rayonunu və qərb bölgəsini yumurta və quş əti ilə təmin edir.

Dövlət və şəxsi müəssisələr

Şəmkir rayonun iqtisadi inkişafında, iri dövlət və şəxsi müəssisələrin xüsusi rolu vardır. Cari ilin 1-ci yarısında sənaye məhsullarının həcmi 25266 min manat olmuşdur ki, bu 2007-ci ilin müvafiq dövrünə nisbətən 106%-i təşkil edir. Hal-hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir. 87 fərdi sahibkar hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə məşğul olur. Rayon sənayesinin ümumi məhsul buraxılışında qeyri dövlət bölməsinin xüsusi çəkisi 12,5 faizi təşkil edir. Rayonda fəaliyyət göstərən Şəmkir SES silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyət, işçilərin sayı 212 nəfər, Şəmkir Paylayıcı Elektrik Şəbəkəsi işçilərinin sayı 207 nəfər, Şəmkir RET Məhdud Məsuliyyətli Cəmiyyət işçilərin sayı 90 nəfər, Şəmkir ” Sukanal” istismar idarəsi, işçilərin sayı 48 nəfər, Şəmkir 23 saylı Yol İstismar idarəsi, işçilərin sayı 70 nəfər, Çınqıl Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 64 nəfər, “Zəyəmkəndmaş” Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 53 nəfər, “Arzu-99” Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 18 nəfər, “Vitamin VIO” Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 600 nəfər, “Şərq Ulduzu” firması, işçilərin sayı 56 nəfər, “Seymur” Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 23 nəfər və s. müəssisələr rayonun iqtisadiyyatında xüsusi potensiala malikdirlər.

Şəmkir Regional Enerji Təchizat MMC 2006-ci ilin İyul ayından fəaliyyətə başlamışdır. Cəmiyyət 5 rayon- Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy Paylayıcı Elektrik Şəbəkələrinin mərkəzi idarəetmə orqanıdır. Cəmiyyət yarandıqdan sonra regionda enerji təchizatı xeyli dərəcədə yaxşılaşmışdır. Belə ki istehlakçı qruplar arasında elektrik enerjisindən istifadə qaydaları haqqında kütləvi şəkildə maarifləndirmə işi aparılmış, həmin qaydaları pozan şəxslər barəsində ciddi tədbirlər görülmüş, ümumilikdə, elektrik enerjisindən qənaətli və səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər görülmüşdür.

2 saylı Şəmkir şərab zavodunun əsası 1860–1896-cı illərdə Alman Xristo Forer qardaşları tərəfindən təsis edilmişdir. Alman şərabçıları tərəfindən əsası qoyulmuş şərabçılıq ənənələrini hal-hazırda 2 saylı Şəmkir şərabçılıq davam etdirir. Əvvəllər olduğu kimi şərab yaşı 1 əsrdən çox olan palıd çəlləklərdə saxlanılır.

Mətbuat

Şəmkir rayonunda “Şəmkir” və “Qərb xəbərləri” qəzetləri nəşr olunur. “Şəmkir” qəzetinin təsisçisi Şəmkir Rayon İcra Hakimiyyəti və qəzetin jurnalist kollektividir. Qəzet 1931-ci ildən işıq üzü görür. “Qərb xəbərləri” ictimai siyasi həftəlik qəzet 19 mart 2004-cü ildən nəşr olunur. Hər iki qəzet rayonda görülən işlər, keçirilən ictimai-siyasi tədbirlər haqqında öz səhifələrində müntəzəm olaraq məlumatlar verir.

İstirahət və turizm zonaları, idman kompleksləri

Şəmkir rayonunda 1 ədəd idman güləş məktəbi fəaliyyət göstərir. Bakı-Tbilisi şosesinin kənarında Şəmkir Olimpiya İdman Kompleksi yerləşir. Şəmkir şəhərində müasir standartlara cavab verən və 7 mindən çox tamaşaçı tutan futbol stadionu fəaliyyət göstərir. Rayonun dağlıq hissəsində “Yasamal” istirahət zonasında koteclər tikilmişdir. Kür qəsəbəsində, Kür çayının sağ sahilində Naftalan nefti ilə müalicə olunan kompleks sanatoriya müəssisəsi tikilmişdir. İkimərtəbəli memarlıq üslubunda tikilmiş bu binada insanların müalicəsi və hər cür sağlamlıq tədbirlərinin görülməsi üçün şərait yaradılmışdır. Rayonda “Excelsior Hotel Shamkir” mehmanxanası fəaliyyət göstərir.

Avtomobil və dəmir yolları

Bakı-Tbilisi dəmir yolunun 42 km Şəmkir rayonun ərazisindən keçir. Şəmkir, Dəllər və Zəyəm dəmir yolu stansiyaları vardır. Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 42 km 2-ci dərəcə, Şəmkir Gədəbəy yolunun Şəmkir rayonu ərazisindən keçən 21 km-i 3-cü dərəcə yoldan ibarətdir.

Görkəmli şəxsləri

  • Mübariz Qurbanlı — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
  • Əhməd Cavad — Şair, Azərbaycan himninin sözlərinin müəllifi.
  • Fərman Salmanov — Geologiya-minerologiya elmləri doktoru.
  • Yaqub Hacıyev — Azərbaycan Milli Elmlər Akademiyasının Kənd təsərrüfatı İnstitutunun akademiki.
  • Rüstəm Əliyev — Şərqşünas alim.
  • Leyla Bədirbəyli — Azərbaycan SSR xalq artisti.
  • Teymur Əhmədov — jurnalist, “Respublika” qəzetinin baş redaktoru.
  • Gülxar Həsənova — Azərbaycan SSR xalq artisti.
  • Zülfüqar Abdullayev — təhsil işçisi, “Tərəqqi” medalı laureatı (2005).
  • Davud Hacıyev — Gəncə Dövlət Universitetinin rektoru.
  • Mübariz Qurbanlı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın icra katibinin müavinidir.
  • Tacəddin Mehdiyev — general-mayor, Azərbaycan Respublikasının müdafiə naziri (1991–1992).
  • Aslan Aslanov — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Biologiya elmləri doktoru, dosent, Tbilisinin fəxri vətəndaşı, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü, Polkovnik.
  • Paşa Qəlbinur — Tibb elmləri doktoru, ATU-nun Oftolmologiya kafedrasının müdiri.
  • Sabir Məmmədov (1944–1994) — Şəmkir rayon İcraiyyə Komitəsinin sədri və Azərbaycan Ali Sovetinin deputatı.
  • Vüqar Namazov — pauerliftinq üzrə dünya və Avropa çempionu.
  • Bəxtiyar Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub.
  • Fazil Məmmədov — Azərbaycan Respublikasının Vergilər naziri (2000-dən).
  • Yasin Qarayev — Azərbaycan Respublikasının xalq artisti.
  • Molla Vəli Vidadi — 18-ci əsr Azərbaycan şairi.
  • Yəhya bəy Dilqəm — 19-cu əsr Azərbaycan aşığı
  • İsrafil Məmmədov- Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı
  • Dilqəm Əhmodov — polis generalı
  • Vüqar Yusifov — Azərbaycan Respublikası MN Xüsusi Təyinatlı Qüvvələrin keçmiş Kəşfiyyat rəisi — polkovnik, şəhid.
40°49′57″ şm. e. 46°01′35″ ş. u.
Ölkə Azərbaycan
DaxildirGəncə-Qazax iqtisadi rayonu
İnzibati mərkəzŞəmkir
İcra başçısıAlimpaşa Məmmədov
Tarixi və coğrafiyası
Yaradılıb1930
Sahəsi1 656.8 km²
Hündürlük331 m
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi217 200  nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-SKR
Telefon kodu+994 22
Poçt indeksiAZ 5700
Avtomobil nömrəsi57

Oxşar Xəbərlər