Azərbaycanda mobil telefondan istifadə edən qadınların sayı açıqlandı

Dek29,2020

Azərbaycanda kompüter istifadə edən qadınların sayı ötən illərlə müqayisədə artaraq 76,8 % olub. Ölkə üzrə internetdən istifadə edənlərin ümumi göstəricisi 79.8 %-dir. Bu sahədə gender bölgüsünə gəldikdə isə qadınlar 76 %, kişilər isə 83,7 % təşkil edib.

“QİA.AZ” xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, mobil telefondan istifadə edən qadınların xüsusi çəkisi 70,8 %, kişilərin xüsusi çəkisi 77,3 % olub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.

Oxşar Xəbərlər