Zaqatala

Zaqatala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati mərkəzi. 1840-cı ildə şəhər statusu almışdır.

Tarixi

Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində nəhəng İpək yolunun üstündə vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan “Əskibazarın” (yer adı tamamilə öyrənilməmişdir) 25–30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Zaqatala inzibati rayonu 1830-cu ildə təşkil edilmişdir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Zaqatala 1840-cı ildən şəhər adlandırılmışdır. 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adını dəyişilmiş formasını təşkil edir. E.ə. VII (7-ci) əsrin əvvəlində Kimmer – Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdiZaqatala qalası

Mədəniyyəti

Rayon ərazisində 252 mədəniyyət obyekti (mədəniyyət evi, klub‚ kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu.Tarixi abidə və s.) var. “Aygün” müstəqil televiziya şirkəti 1993-cü ildən fəaliyyətə başlayıb. Hal-hazırda televiziyada 6 nəfər çalışır. “Aygün” televiziyası təkcə Zaqatala rayonunda deyil, o cümlədən Şəki, Qax və Balakən rayonlarında da yayımlanır.

“Aygün” televiziyasında yayımlanan verilişlərdə vətənpərvərlik, dövlətçilik, milli adət-ənənələrimiz, rayonda, eləcə də bölgədə aparılan tikinti-abadlıq və quruculuq səliqə-səhman işləri, sosial problemlərin həlli istiqamətində görülən işlər üstünlük təşkil edir.

Zaqatala” qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. İlk əvvəllər “Zaqatala kəndlisi” adlanan qəzet sonralar “Kolxozun səsi”, “Bolşevik kolxozu uğrunda”, “Qırmızı bayraq” və s. başlıqlarla fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə “Zaqatala” adı ilə fəaliyyətini davam etdirir. Hal-hazırda “Zaqatala” qəzeti redaksiyasında 5 nəfər çalışır.

“Zaqatala” qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri, aparılan abadlıq-təmizlik, yenidənqurma işlərini oxuculara çatdırmağa səy göstərir.

Memarlıq

Böyük Qafqaz dağlarının ətəyində yerləşən Zaqatala ərazisində feodal münasibətləri XVIII əsrin sonlarına kimi saxlanılsa da, o, burada özünü nəsil mənsubiyyətinə əsaslanan xüsusi camaatlıq formasında göstərmişdir. Bununla görə də, sosial-siyasi və məişət şərtləri, həmçinin sərt təbiət şərtləri şəhərin memarlıq xüsusiyyətlərində öz izlərini buraxmışdır.İnşaat materiallarının xüsusiyyətləri də həmçinin Zaqatala şəhərinin memarlıq simasının formalaşmasına ciddi təsir göstərmişdir.

Zaqatala şəhəri və kəndlərində yaşayış binaları bir-birindən əhəmiyyətli dərəcədə uzaqlıqda yerləşməklə əksər hallarda müşahidə qüllələri və ya qala divarları ilə əhatə olunurdu. Bu cür evlər evlər qapalı həyətə malik olmamaqla məişət tikililərindən də məhrum olur, həmçinin, təhlükə yaranacağı halda ev sakinlərinin sığınması üçün müdafiə qülləsinin düz yanında yerləşirdi.

Zaqatalanın yaşayış evlərinin ağır monumentallığa meylli, inşaatda iri kobud daşlar, çaydaşları və kərpiclərin orqanik şəkildə əlaqələndirilməsi ilə xarakterik olan memarlığı ətraf dağların peyzajı ilə orqanik şəkildə uyğunluq təşkil edir. Böyük kölgəli ərazi yarada açıq verandaların arkadaları, xarici pilləkənlərin həcmləri, kərpic hörgülərinin özünəməxsus dekor elementləri, yaşımtıl-boz çaydaşı və qırmızı kərpic hörgünün kirəmit dam örtüyü ilə tamamlanması ətrafdakı yaşıllıqlar fonunda qeyri-adi rəngarəng memarlıq mühiti yaradır.

Zaqatalanın bir və iki mərtəbəli yaşayış evləri üçün xarakterik olan əsas memarlıq elementi, əsas fasadda yerləşən, geniş bir və ya iki yaruslu arkada və ya ikinci mərtəbədə taxta kollonada ilə səhədlənən açıq verandalardır. Yaşayış binalarının inşası zamanı sərt şəkildə cənub və y cənub-şərq istiqamətinin gözlənildiyi digər Azərbaycan rayonlarından fərqli olaraq, Zaqatalada evlər müxtəlif istiqamətə baxır.

Zaqatala evlərinin interyerlərinin həllində rəflərin ümumiyyətlə olmaması, nişlərin (camaxudan) isə nadir hallarda rast gəlinməsi diqqət çəkir.Evlərin interyerində geni və böyük buxarı mühüm yer tutur. Buxarı qazan asılması üçün daha enli hazırlanırdı.

Coğrafiyası və iqlimi

AyYanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabrİl
Orta temperatur (°C)136121720232418137312
Orta yağıntı (mm)2030701201001106040100805020850
Mənbə: www.weatherbase.com

Əhalisi

2009-cu il 15-22 aprel tarixlərində aparılmış rəsmi Ümumazərbaycan əhali siyahıyaalmasına əsasən şəhərdə 19.772[7] nəfər (9.339nəfər kişi, 10.433nəfər qadın) əhali yaşayır.

Etnik tərkibi

Etnik qruplar1926 sa.1939 sa.1959sa.1970sa.1979sa.
cəmi əhali3 3048 59410 25013 37715 195
azərbaycanlı1 2842 5775 3627 8779 678
rus2902 9861 8761 261951
saxur213232718311 330
ləzgi117222824478351
gürcü9614413730791
ukraynalı41169
avar104802991 1331 446
fars7
alman47
yəhudi1620135
tatar5043
udin23
kürd15
digər65307446442456
İqtisadiyyat
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda taxılçılıq, tütünçülük, meyvəçilik, gülçülük, çayçılıq, bostan və tərəvəz bitkiçiliyi, heyvandarlıq sahələri inkişaf etmişdir. Rayon ərazisinin 55,7 faizinin və ya 75,2 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir.
Rayonda sənaye sektoru, o cümlədən emal sənayesi də kifayət qədər inkişaf etmişdir. 27 sənaye müəssisəsinin 78,1 faizi emal sənayesi ilə məşğul olur. Sənayedə istehsal olunan məhsulun 81,0 faizi qida sənayesinin payına düşür.
Zaqatala rayonu zəngin təbii ehtiyatlara malikdir. Rayon turizmin, mebel sənayesinin, tikinti sənayesinin, ovçuluğun, dərman bitkiləri tədarükü və emalı sənayesinin inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanlara malikdir.
Ümumi ərazinin 37,8 faizdən çoxunu və 51,0 min hektardan artığını meşə ilə örtülü sahələr təşkil edir. Meşələrdə 4,5-6 milyon kub metr oduncaq ehtiyatı vardır. Mövcud meşələrin 85 faizi dağlıq ərazidə yerləşir, su, torpaqqoruyucu, hava təmizləyici və estetik gözəllik mənbəyi kimi müstəsna əhəmiyyətə malikdir.
Zaqatala meşələrində qiymətli ağac növlərindən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağacı, qarağac və s. ağac növləri vardır ki, bunlardan mebel sənayesində istifadə edilə bilər.
Tikinti materialları sənayesini inkişaf etdirmək üçün rayonda əhəng daşı, qum, gil, çay daşı və s. ehtiyatlara malikdir ki, bu da rayonda asfalt, sement, silikat kərpic, dəmir beton məmulatlarının istehsalını inkişaf etdirməyə imkan verir.
Ərazinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər aça bilər. Ərazidə həm respublika vətəndaşlarının, həm də xarici vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri (Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Moorcay, Malarasa aşırımı və s.) mövcuddur. Zaqafqaziyada təşkil edilmiş ilk qoruq sayılan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Qoruğu (ərazisi 47.4 min ha.) ekoturizmin inkişafı üçün əvəzsizdir.
Rayonun ərazisi mürəkkəb coğrafi relyefə malikdir. Alazan vadisindən başlayaraq 40-50 kilometr məsafədə hündürlük 350 metrdən 3000 metrə qədər yüksəlir. Bu da ərazidə yaşayan heyvanların növ müxtəlifliyinə və onların artıb çoxalmasına əlverişli şərait yaradır. Odur ki, respublikada mövcud olan 340 quş növündən 104-ü, 92 növ məməlidən 42-ı rayon ərazisində mövcud arsallar üzrə yayılmışdır. Rayonun bioekoloji xüsusiyyətləri, o cümlədən Zaqatala meşə təsərrüfatının Car, Tala və Muxax meşəçiliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də yay otlaqlarının bir hissəsi daxil olmaqla 30 min hektar ərazidə özəl ovçuluq təsərrüfatı yaradıla bilər. Bu təsərrüfat həmçinin həmin ərazilərdə geniş yayılmış dərman bitkilərinin tədarükü və emalı ilə də məşğul ola bilər. Dərman bitkilərinin tədarükü və emalı sənayesinin inkişafı üçün rayonun ərazisində 1000-ə qədər bitki növü, o cümlədən 50-ə qədər dərman bitkiləri mövcuddur.
41°38′01″ şm. e. 46°38′36″ ş. u.
Ölkə Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü518 ± 1 m
Saat qurşağıUTC+04:00

Oxşar Xəbərlər