Kosova mediası erməni terrorundan yazıb.
QİA.AZ-ın məlumatına görə, jurnalist Əli Zülfüqaroğlu Kosovanın Kosovaport.com xəbər portalında Ermənistanın Azərbaycanın Gəncə və digər şəhərlərində mülki insanlara qarşı törətdiyi terror aktlarından yazıb.
Yazıda bildirilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 fazinindən çoxunu işğal altında saxlamasına rəğmən yenə də Azərbaycana qarşı hücumlara başlayıb. Azərbaycanın sülh yolu ilə Ermənistanın işğalda saxladığı torpaqlarından çıxmasına diplomatik səy göstərdiyi halda İrəvan daim qeyri-konstruktiv mövqe sərgiləyərək təxribatlarını davam etdirdi və sülh danışıqlarını pozub. Yenidən Azərbacan ərazilərinə, xüsusilə də mülki əhalinin yaşadığı və hərbi birləşmələrin olmadığı yerlərə ağır silahlardan atəş açmağa başlayıb.
Sülh danışıqlarının nəticə vermədiyini və Ermənistanın mülki əhaliyə qarşı terror hücumlarını davam etdirdiyini görən Azərbaycan əks-hücum əməliyyatlarını başlamağa qərar verdi. Azərbaycan cəbhədə Ermənistan silahlı birləşmələrinin hücumlarını əngəlləməyə və öz torpaqlarının işğaldan azadetmə əməliyyatına başlayıb. Amma Ermənistan yenə də mülki əhalini hədəfə alaraq, bu dəfə cəbhədən 100 kilometr kənarda yerləşən və heç bir hərbi birləşmələr olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə böyük dağıdıcı gücə malik reketlərlə zərbələr endirib. Nəticədə uşaq və qadınlar daxil olmaqla Azərbaycan vətəndaşları həyatını itirib.
Yazıda Gəncə ilə yanaşı döyüş bölgəsindən kənarda yerləşən digər Azərbaycan şəhərlərinin də raket atəşinə tutulması və mülki insanların qətlə yetirilməsindən söhbət açılır. Eyni zamanda xarici jurnalistlərin bu barədə dünya ictimaiyyətinin məlumatlandırmasının vacibliyinə diqqət çəkilir.