“Türkiyə və Azərbaycan “Ölsək şəhid, yaşasaq qazi” düşüncəsi ilə qardaşlığını bundan sonra da davam etdirəcək. Birliyimiz sonsuza qədər davam edəcək”.
“QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərlə görüşü zamanı deyib.
“Ümid edirəm ki, bu, ölkələrimizin, nəcib türk millətinin xeyrinə olacaq və gələcəklərinin təminatı olacaq. Necə ki, 102 il əvvəl Nuru Paşa ilə birlikdə çiyin-çiyinə verərək işğalçılara qarşı Azərbaycan türklərinin mübarizəsinə qoşuldu və qalib gəldi, bu gün də eyni ruhla yanınızdayıq. Yenə də çiyin-çiyinə durub hər cür mübarizəni, bütün risk və təhdidlərə qarşı çıxmağı gözə alan millətik. Ona görə də bu mövzuda hər kəs ağlını başına yığmalıdır. O zamankı Qafqaz İslam Ordusu, bugünkü Azərbaycan Ordusu bütün texnologiyaları istifadə etmək və bütün imkanları səfərbər edərək bu millətin rifahı və sağ qalması üçün səylərini göstərdi və bundan sonra da göstərəcək”, – o bildirib.