İstanbulun Sabiha Gökçen Hava Limanında jandarm Baş Komandanlığına məxsus hərbi helikopterin arxa hissəsi işıq dirəyinə çırpılıb.
Bu barədə QİA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerli vaxtla saat 17:45-də, helikopter hava limanına enərkən baş verib. Qəza ilə əlaqədar əraziyə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.
Qeyd edilir ki, hadisə zamanı xəsarət alan və ya ölən olmayıb.
Hadisə səbəbindən hava limanının fəaliyyətində fasilə yaranmayıb.