Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 27 sentyabr – 31 dekabr 2020-ci il tarixlərində 2 268 siqnal (əməliyyat çağırışı) əsasında 1 793 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib.
Bu barədə “QİA.AZ”a ANAMA-dan bildirilib.
Qeyd edilir ki, nəticədə 1 619 ədəd partlamamış hərbi sursat (PHS), 4 542 ədəd piyada əleyhinə mina, 1 430 ədəd tank əleyhinə mina, 1 912 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 437 ədəd 9N235 bombacıqları, 20 988 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 1 938 ədəd partlamış raket hissələri aşkar olunub.