Türkiyə Silahlı Qüvvələri “Barış pınarı” zonasına keçməyə cəhd edən PKK/YPG terror qruplaşmasının 3 silahlısını məhv edib.
“QİA.AZ” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin və müxalif Suriya Milli Ordusunun Suriyanın şimalında birtərəfli muxtariyyət elan edən “Suriya Demokratik Qüvvələri”nə qarşı başladılan hərbi əməliyyatdır. “Suriya Demokratik Qüvvələri”nin əsasını YPG terrorçuları təşkil edir.