232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Bu barədə QİA.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.
2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.