Nigerin qərbində naməlum silahlı şəxslərin hücumu zamanı azı 58 mülki şəxs həyatını itirib.
Bu barədə “QİA.AZ” RİA “Novosti”yə istinadən xəbər verir.
Silahlı hücum Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə edilib. Mənbə bildirib ki, silahlılar son həftələrdə sərhəd kəndlərinin sakinlərini ekstremist qrupları dəstəkləməklə bağlı hədələyiblər.
Hadisədən sonra sərhəd təhlükəsizliyi gücləndirilib. Hücum, ölkədə keçirilən prezident seçkilərinin ilk turunun ilkin nəticələri elan olunduğu gün törədilib.
Seçkilərdə keçmiş Xarici İşlər Nazirliyinin başçısı, daha sonra Nigerin Daxili İşlər və Təhlükəsizlik naziri, 61 yaşlı Məhəmməd Bazum liderlik edir. Yerli mediada yer alan xəbərlərə görə, ikinci tur fevral ayında baş tutacaq.