Azərbaycanda son sutkada 1891 nəfər COVID-19-dan sağalıb, 334 nəfər yoluxub, 28 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 196734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir.

Ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2214194 test aparılıb.

Oxşar Xəbərlər