Dünyada COVID-19-a yoluxanların sayı 85,92 milyon nəfəri ötüb
QİA.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 85 929 428 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 876 100 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 735 944 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 13 968 pasiyent təhlükəli infeksiyadan ölüb.
Son 24 saat ərzində infeksiyaya yoluxanların 47 faizindan çoxu Şimali və Cənubi Amerikada (348 951), daha sonra Avropada (288 030), ardından isə Cənub-Şərqi Asiyada (32 068) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.