Demokratların lideri vitse-prezidenti Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırdı

Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün konstitusiyanın 25-ci düzəlişdən istifadə etməyə çağırdıb.

QİA.AZ RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə o, tvitter hesabında yazıb.

“Bu prezidentin vəzifəsindən kənarlaşdırılması üçün ən sürətli və ən təsirli yoldur və bu gün edilə bilər. Əgər vitse-prezident dərhal 25-ci düzəlişə başlasa”.

Onun sözlərinə görə, əgər Pens bunu etməkdən imtina edərsə, Konqres Trampa qarşı impiçment elan etməlidir.

Oxşar Xəbərlər