Hindistanın Bhandara şəhərində xəstəxananın doğum şöbəsində baş vermiş yanğın nəticəsində bir neçə körpə həlak olub.“QIA.AZ
”ın məlumatına görə, bu barədə həkim Pramoda Xandata istinadən ANI agentliyi bildirib.Xandatanın sözlərinə görə, yanğın zamanı şöbədə 17 yeni doğulmuş körpə olub. Şənbə gününə keçən gecə tibb bacısı bölməyə girib və tüstünü müşahidə edib.O, dərhal hadisə barədə xəstəxananın administrasiyasına xəbər verib. Əraziyə yanğınsöndürənlər çağırılıb.Hadisə zamanı azı on körpə həlak olub, yeddi nəfəri xilas etmək mümkün olub.